"Nant"la matç tamam fərqli olacaq"
Bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Abdulla Zubir səfərdə Fransa təmsilçisinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.
31 yaşlı yarımmüdafiəçi rəqibin görüşə ciddi hazırlaşdığını bildirib: "Özümüzə gəldikdə isə biz hər oyuna qələbə üçün çıxırıq. Hədəfimiz hər zaman 3 xal olur".
Zubir "Nant"ın heyətində zədəli futbolçular olduğunu xatırladıb: "Ona görə nəsə demək çətindir. Bununla belə, asan oyun olmayacaq. Çünki "Nant"da olduqca keyfiyyətli və istənilən matçın nəticəsini dəyişə biləcək oyunçular çoxdur".
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Abdullah Zubirin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.