"Qarabağ"ın daha bir potensial rəqibi bəlli oldu

"Qarabağ"ın daha bir potensial rəqibi bəlli oldu Futbol üzrə Sloveniya çempionu bəlli olub.
Futbol
23 İyul , 2020 09:59
Qarabağın daha bir potensial rəqibi bəlli oldu

Futbol üzrə Sloveniya çempionu müəyyənləşib. 

"Report"un məlumatına görə, "Tselye" tarixində ilk dəfə ölkə çempionu adını qazanıb. 

Komanda buna sonuncu - XXXVI turda Lyublyana "Olimpiya"sı ilə 2:2 hesablı heç-heçə edərək nail olub. Xalını 69-a çatdıran "Tselye" ən yaxın izləyiciləri "Olimpiya" və "Maribor"u 2 xal geridə qoyub. 

Komanda həm də ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibi olacaq. 

Son xəbərlər

Orphus sistemi