"Yankoviç və Qurbanlı ilə maraqlanırlar".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hücumçu Musa Qurbanlının Avstriya "Zalsburq"una, yarımmüdafiəçi Marko Yankoviçin isə Rusiya "Ural"ına keçəcəyi ilə bağlı xəbərlər barəsində "CBC Sport"a açıqlamasında deyib.
51 yaşlı mütəxəssis sözügedən oyunçularla bağlı rəsmi təklif almadıqlarını bildirib: "Rəsmi olmayanda ətraflı məlumat vermirəm. Bilsək ki, yerli futbolçuların kənarda inkişaf etmək imkanı var və ölkə futboluna faydası daha çox olar, onlara gələn təkliflərə "yox" deməməyə çalışırıq. Yankoviçə gəlincə, komandamızda elə də çox oyun keçirməyib. Cəmi 1 ildir bizimlədir. Əsas oyunçularımızdan biridir. Özünə ciddi təklif ola bilər, amma klubla hər hansı danışıq olmayıb".
Transfer məsələsinə də toxunan Qurbanov hücum xəttini gücləndirmək istədiklərini söyləyib: "Keyfiyyəti də yaxşılaşdırmaq istəyirik. Hücum xəttinə minimum 2 oyunçu alınmasını istərdim. Danışıqlar davam edir, aktiv çalışırıq. Siyahıda bir çox ölkə çempionatında çıxış edən forvardların adı var".