"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib
Futbol
- 11 sentyabr, 2022
- 17:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Frayburq" klubu Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda VI turda Mönhenqladbax "Borussiya"sını qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Xallarının sayını 13-ə çatdırıb "Frayburq" liderliyi əldən verərək ikinci pilləyə düşüb.
"Olimpiakos" isə Yunanıstan Super Liqasının IV turunda "Volos"u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 29-cu dəqiqədə Oqnyen Ozeqoviç, meydan sahiblərində isə 76-cı dəqiqədə Yusuf El-Arabi fərqlənib.
Xallarının sayını 8-ə çatdıran Pirey təmsilçisi 3-cü sırada yer alıb.
Son xəbərlər
00:58
Çempionlar Liqası: "Barselona" səfərdə, "Arsenal" ev oyununda qalib gəlib
Futbol
00:40
Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb
Region
00:11
Kiyev ardıcıl iki gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
Digər ölkələr
23:55
Türkiyədə 80 nəfər qidadan zəhərlənib
Region
23:37
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Digər ölkələr
23:23
UKMTO: Hörmüz boğazında tanker hücuma məruz qalıb – YENİLƏNİB
Region
23:22
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atdıq"
Futbol
23:09
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah"la oyunda mənasız qollar buraxdıq"
Futbol
23:04
FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubuna məğlub olub
Komanda