"Qarabağ"dan ayrılan futbolçu "hava"da qalıb
Futbol
- 10 sentyabr, 2020
- 05:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2019/2020 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış etmiş Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ailton Silva məşqlərə qatılmır.
"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Pelleqrino Mataratso yerli mətbuata açıqlamasında bildirib. 43 yaşlı mütəxəssis hazırda çoxlu sayda cinah oyunçusuna sahib olduqlarını söyləyib. O, komandada Ailton Silva üçün yer qalmadığını əlavə edib.
Qeyd edək ki, "Ştutqart" Ailton Silva ilə vidalaşmaq niyyətindədir. Braziliyalı oyunçu ilə Yunanıstanın "Aris" klubu yaxından maraqlanır. 25 yaşlı oyunçu 2015/2016 mövsümündə "Neftçi"də də çıxış edib. Cinah müdafiəçisinin klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Son xəbərlər
11:59
Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib
Xarici siyasət
11:54
Azərbaycanda istehlakçılara satılmış mal və xidmətlərin dəyəri 65 milyard manatı ötüb
Maliyyə
11:48
Ermənistanda iki müxalifətçi Antikorrupsiya Komitəsinə aparılıb
Region
11:45
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
Analitika
11:39
Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Digər ölkələr
11:31
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
Hadisə
11:12
"Barselona", "Bavariya" və "Çelsi" Luka Vuşkoviçlə maraqlanır
Futbol
11:00
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Biznes
10:57
Kim Çen In Çinin Dandun şəhərinə gəlib
Digər ölkələr