“Qarabağ” daha bir legioner futbolçusu ilə vidalaşacaq
Futbol
- 15 may, 2019
- 11:55
“Qarabağ” klubu yay fasiləsində daha bir legioner futbolçusu ilə yollarını ayıracaq.
“Report” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Con Delarjın xidmətində maraqlı deyil.
Bu üzdən klub ötən yay 2+1 illik müqavilə bağladığı 29 yaşlı konqolu hücumçunun göndəriliməsi ilə bağlı mümkün variantları gözdən keçirir.
Bu ilin yanvarında intizamsızlığa görə əsas heyətdən kənarlaşdırılan forvardın satılması və ya icarəyə verilməsi mümkündür. Tərəflər ortaq məxrəcə gələcəyi təqdirdə, onunla sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilə bilər.
Qeyd edək ki, “Qarabağ” mövsüm başa çatandan sonra polşalı müdafiəçi Yakub Jezniçak, isveçrəli hücumçu İnnosent Emeqara və braziliyalı forvard Reynaldo Silva ilə yollarını ayırıb.
Son xəbərlər
03:29
"Okean Ştatı"nda baş verən atışmada şübhəli şəxs daxil olmaqla üç nəfər ölüb
Digər ölkələr03:06
Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında medal əldə edib
Digər ölkələr02:47
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir
Digər ölkələr02:06
Polşa hökuməti vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Digər ölkələr01:43
Nepal həvəskar alpinistlərə Everestə çıxmağı qadağan edəcək
Digər ölkələr01:12
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
Digər ölkələr00:43
Mətbuat Rusiya, Ukrayna və ABŞ arasındakı danışıqlara buraxılmayacaq
Digər ölkələr00:20
Video
Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə00:14