​"Qarabağ" bu mövsüm Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazanıb - FOTO

​"Qarabağ" bu mövsüm Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazanıb - FOTO Ağdam klubu Belçika "Anderlext"ini məğlub edib
Futbol
1 Oktyabr , 2015 23:59
​Qarabağ bu mövsüm Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazanıb - FOTO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

"Report" xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın "Anderlext" klubunu qəbul edib və görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 36-cı dəqiqədə Riçard Almeida vurub.

"Qarabağ" ilk turda İngiltərədə "Tottenhem Hotspur"a 1:3 hesabı ilə məğlub olub.

Avropa Liqası, qrup mərhələsi, II tur

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0

Qol: Riçard Almeida, 36 (1:0)

Son xəbərlər

Orphus sistemi