"Qarabağ" azarkeşləri "Keşlə" ilə oyunda Ukraynaya dəstək olublar

Futbol
  • 28 fevral, 2022
  • 15:47
Qarabağ azarkeşləri Keşlə ilə oyunda Ukraynaya dəstək olublar

"Qarabağ" azarkeşləri "Keşlə"yə qarşı keçirilən Azərbaycan Premyer Liqasının XVII tur matçında hazırda Rusiya ilə müharibə şəraitində olan Ukraynaya dəstək nümayiş etdirib.

"Report"un məlumatına görə, fanatlar tribunada üzərində "Slava Ukraini" şüarı yazılmış pankart açıblar.

Tərəfdarlar həmçinin Ukrayna lehinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, "ASK Arena"da keçirilən matçda ilk hissə oynanılır və hesab açılmayıb.

44 filmi