"Qarabağ" 5 ildən sonra avrokubok qrupundakı ev oyununda qələbə qazanıb

"Qarabağ" 5 ildən sonra avrokubok qrupundakı ev oyununda qələbə qazanıb UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda Qazaxıstan "Kayrat"ına qalib gələn "Qarabağ" uğursuz seriyaya son qoyub.
Futbol
21 Oktyabr , 2021 22:46
Qarabağ 5 ildən sonra avrokubok qrupundakı ev oyununda qələbə qazanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda Qazaxıstan "Kayrat"ına qalib gələn "Qarabağ" uğursuz seriyaya son qoyub.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi 5 ildən sonra avrokubokların qrupunda ev qələbəsi qazanıb. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv buna öz meydanındakı 15-ci matçında nail olub.

"Köhlən atlar" sonuncu dəfə doğma meydanda 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşma 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.

Həmçinin "Qarabağ" bu qələbə sayəsində cari mövsüm bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb. Bunların 9-u avrokubok, 7-si çempionat matçıdır.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi