"Qarabağ" 13 500 komandanın yer aldığı reytinqdə 66-cıdır

"Qarabağ" 13 500 komandanın yer aldığı reytinqdə 66-cıdır bu, Opta statistika platformasının tərtib etdiyi siyahıda öz əksini tapıb
Futbol
2 Fevral , 2023 17:04
Qarabağ 13 500 komandanın yer aldığı reytinqdə 66-cıdır

"Qarabağ" dünyanın ən yaxşı 66-cı klubudur.

"Report"un məlumatına görə, bu, Opta statistika platformasının tərtib etdiyi siyahıda öz əksini tapıb.

"Köhlən atlar" Portuqaliya "Braqa"sı və Braziliya "Flamenqo"su ilə birlikdə 84,3 reytinq xalına malikdir.

Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" (76,8) 256-cı, "Sabah" (76) 287-ci, "Zirə" (72,9) 540-cı, "Qəbələ" (71,3) 693-cü, "Turan Tovuz" (66,8) 1321-ci, "Şamaxı" (66,4) 1407-ci, "Sumqayıt" (65,5) 1575-ci, "Kəpəz" (64,6) 1759-cu, "Səbail" (63,9) isə 1896-cıdır.

13 500 komandanın yer aldığı cədvələ Almaniya təmsilçisi "Bavariya" (100) başçılıq edir. İngiltərənin "Mançester Siti" klubu (98,9) ikinci, "Liverpul" komandası isə (95,6) üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi