Qanalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək

Qanalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu karyerasını Azərbaycanda davam etdirəcək.
Futbol
7 İyul , 2021 15:02
Qanalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək
Abdul-Aziz Yakubu

Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu karyerasını Azərbaycanda davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb.

23 yaşlı hücumçunun "Vitoriya"dan ayrılacağı bildirilib. Azərbaycan təmsilçisinin təklifi qanalı forvardı razı salıb.

Nəşr həmin klubun adını açıqlamayıb. "Neftçi"nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında futbolçu ilə maraqlandıqlarını, ancaq onun Azərbaycana gəlməyi ilə bağlı konkret məsələnin olmadığını söyləyib.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də keçirib. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub. "Neftçi" daha əvvəl "Eştoril"dən Harramiz Suaresi transfer edib.

Son xəbərlər

Orphus sistemi