"Qalatasaray" mövsümə qələbə ilə başladı

"Qalatasaray" mövsümə qələbə ilə başladı Bu gün Türkiyə Superliqasında 2020/2021 mövsümünün I turunun daha 4 oyunu keçirilib. "Report"un məlumatına görə, "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" yeni mövsümdə ilk oyununu keçirib. "Türk Telekom
Futbol
12 Sentyabr , 2020 22:54
Qalatasaray mövsümə qələbə ilə başladı

Bu gün Türkiyə Superliqasında 2020/2021 mövsümünün I turunun daha 4 oyunu baş tutub.

"Report"un məlumatına görə, "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" yeni mövsümdə ilk oyununu keçirib.

"Türk Telekom Arena"da "Qaziantep" komandasını qəbul edən İstanbul təmsilçisi inamlı qələbə qazanıb - 3:1.

Qarşılaşmada hesabı 8-ci dəqiqədə "sarı-qırmızılılar"ın hücumçusu Radamel Falkao açıb. Kolumbiyalı forvard penaltidən fərqlənib. 28-ci dəqiqədə "Cim-Bom"un yeni transferi Emre Kılınç fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına 5 dəqiqə qalmış Falkao dublunu rəsmiləşdirib.

Qonaqlar ikinci yarıda qollardan birinin əvəzini çıxa biliblər. Andre Felipe Ribeyro 53-cü dəqiqədə meydan sahiblərini cəzalandırıb. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi