"Qalatasaray" "Monako"nun hücumçusunu icarəyə götürüb
Futbol
- 04 yanvar, 2020
- 09:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Qalatasaray" klubu "Monako"nun futbolçusu Henri Onyekurunu transfer edib.
"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb. Onyekuru ilə Rusiya "Lokomotiv"i də maraqlanırdı.
Nigeriyalı forvard "Monako"ya 2019-cu ilin yayında İngiltərə "Everton"undan 13,5 milyon avroya keçib. Gənc oyunçu cari mövsümdə 4 matçda 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Monako" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, hazırda "Qalatasaray" Türkiyə Super Liqasında 17 oyundan 27 xalla 7-ci yerdə gedir.
Son xəbərlər
20:21
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
Region
20:01
Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirir
Region
19:36
Yeddi OPEC+ ölkəsi 2027-ci ilin yanvarında neft hasilatı kvotalarını saxlayıb – Yenilənib
Energetika
19:19
Foto
Azərbaycan nümayəndələri Daşkənddə Özbəkistanın tarixi, mədəniyyəti ilə tanış olub
Mədəniyyət siyasəti
19:05
Bakıda Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
Hadisə
18:55
Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
Futbol
18:47
Foto
"Azərbaycanı kəşf et" təşəbbüsü çərçivəsində Qaranohur gölünə yürüş təşkil olunub
Ekologiya
18:25
Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
Digər ölkələr
17:55
Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
Ekologiya