Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Abdülkerim Bardakçı "Qarabağ"a qarşı yoldaşıq oyununda iştirak etməyəcək.
"Report" "Takvim"ə istinadən xəbər verir ki, müalicəsi başa çatsa da, 29 yaşlı müdafiəçi Bakıya gətirilməyəcək.
Bardakçının aprelin 1-də Superliqanın XXVII turunda "Adana Demirspor"la matçda meydana çıxacağı gözlənilir.
Oyunçu Türkiyə millisinə çağırılsa da, şiddətli baş ağrıları səbəbindən heyətdən kənarlaşdırılmışdı.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.