Türkiyənin "Qalatasaray" klubu əsas qapıçısı Fernando Musleranın meydanda olmadığı 9 matçda qol buraxıb.
"Report" xəbər verir ki, zədəli uruqvaylı qolkiperin yoxluğunda meydana çıxan Okan Koçuk ötən mövsüm oynadığı 8 görüşün hamısında top buraxıb, yeni transfer Fatih Öztürk isə Superliqanın ilk turunda "Qaziantep"lə dueldə qapısını toxunulmaz saxlaya bilməyib.
2019/2020 mövsümünün XVII turunda uruqvaylı qapıçının zədələnməsindən sonra əsas heyət oyunçusu olan Koçuk qapısında 17 qol görmüşdü.
Öztürk yeni mövsüm "Qaziantep"i evdə 3:1 hesabı ilə məğlub etdikləri matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Qalatasaray” UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Fernando Muslera zədəsini tam sağaltmadığı üçün İstanbul təmsilçisi Bakıdakı matç üçün Okan Kocuk və Fatih Öztürkü sifariş verib.