“Qalatasaray”dan “Bavariya”ya keçən oyunçu Türkiyə futbolu tarixinə düşüb

“Qalatasaray”dan “Bavariya”ya keçən oyunçu Türkiyə futbolu tarixinə düşüb “Qalatasaray”dan Almaniyanın “Bavariya” klubuna transfer olunan Saşa Boe Türkiyə futbol tarixinə düşüb.
Futbol
29 Yanvar , 2024 16:22
“Qalatasaray”dan “Bavariya”ya keçən oyunçu Türkiyə futbolu tarixinə düşüb

“Qalatasaray”dan Almaniyanın “Bavariya” klubuna transfer olunan Saşa Boe Türkiyə futbol tarixinə düşüb.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, fransalı müdafiəçi Türkiyədən xarici kluba ən yüksək məbləğə satılan futbolçu ünvanını ələ keçirib.

23 yaşlı oyunçunun transferi İstanbul təmsilçisinə 30 milyon avro qazandırıb. “Qalatasaray” bununla “Beşiktaş”ın ən baha qiymətə oyunçu satma rekordunu yeniləyib. “Ağ-qaralar” 2018-ci ildə Cenk Tosunu 22 milyon avro müqabilində İngiltərənin “Everton” klubuna yola salmışdı.

Türkiyə klublarının ölkə xaricinə ən baha qiymətə satdıqları 10 futbolçu:

1. Saşa Boe (“Qalatasaray”dan “Bavariya”ya) - 30 milyon avroya

2. Cenk Tosun (“Beşiktaş”dan “Everton”a) - 22 milyon

3. Arda Gülər (“Fənərbağça”dan “Real”a) - 20 milyon

4. Kim Min-Jae (“Fənərbağça”dan “Napoli”yə) - 18,05 milyon

5. Vedat Muriqi (“Fənərbağça”dan “Latsio”ya) - 17,5 milyon

6. Yusuf Yazıcı (“Trabzonspor”dan “Lill”ə) - 16,5 milyon

7-9. Badu Ndiaye (“Qalatasaray”dan “Stok Siti”yə): 16 milyon

7-9. Elif Elmas (“Fənərbağça”dan “Napoli”yə) - 16 milyon

7-9. Mussa Sou (“Fənərbağça”dan “Əl-Əhli”yə) - 16 milyon

10. Elvir Baliç (“Fənərbağça”dan “Real”a) - 15,6 milyon

Qeyd edək ki, Saşa Boe “Bavariya” ilə 4,5 illik müqavilə bağlayıb. Futbolçunun çıxışına görə “Qalatasaray” daha 5 milyon avro bonus qazana bilər.

Son xəbərlər

Orphus sistemi