PSJ yayda Markinyosu satmağı planlaşdırır
Futbol
- 30 aprel, 2025
- 16:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubu yayda Markinyosu satmağı planlaşdırır.
"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ötən yaydan Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
Son bir ildə isə müdafiəçini heyətinə qatmaq istəyənlərin sayı artıb. Baş məşqçi Luis Enrike PSJ-ni yenidən formalaşdırmaq istədiyi üçün braziliyalı oyunçunu qarşıdakı "transfer pəncərəsi"ndə buraxmağa hazırdır.
Qeyd edək ki, Markinyos bu mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.
Son xəbərlər
20:11
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
Futbol
20:08
Foto
Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub
Region
19:58
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub
Region
19:57
"Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar"
Futbol
19:42
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Hadisə
19:42
EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir
Maliyyə
19:41
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"
Futbol
19:39
Ceyhun Bayramov: Maka Boçorişvilini qəbul etməkdən məmnunluq duydum
Xarici siyasət
19:30
Frenki de Yonq: "Sabah" kifayət qədər yaxşı futbol sərgiləyən komandadır"
Futbol