PSJ Neymarın satış qiymətini açıqladı
Futbol
- 12 dekabr, 2020
- 04:43
"Pari Sen-Jermen" futbol klubunun prezidenti Nasser Əl-Xəlafi braziliyalı hücumçu Neymarın satış qiymətini təyin edib.
“Report” xəbər verir ki, bu barədə “Sport.es” bildirib.
Qeyd edilir ki, PSJ oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq.
Həmçinin bildirilir ki, rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması imkanına optimist baxır. Ancaq hazırda bununla bağlı danışıqlarda irəliləyiş yoxdur.
Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Futbolçu Paris klubu ilə üç dəfə Fransa çempionu olub, iki dəfə ölkə Kubokunu qazanıb, həmçinin Liqa Kuboku və milli Superkuboku udub. Oyunçunun müqaviləsi 2022-ci il ilin yayına qədər qüvvədədir.
Son xəbərlər
10:03
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Region10:03
Azərbaycana turist axını 8%-ə yaxın azalıb
Digər10:01
Foto
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
Ekologiya09:59
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümündə şübhəli bilinən şəxslər müəyyən edilib
Region09:49
Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemində nasazlıq baş verib
Digər ölkələr09:36
Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərdə 20-dən çox kiçik SES tikilib"
Energetika09:36
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb
Formula 109:35
Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır
Energetika09:35