PSJ yeni mövsümə “Klermon” üzərində inamlı qələbə ilə başlayıb

PSJ yeni mövsümə “Klermon” üzərində inamlı qələbə ilə başlayıb Fransa Birinci Liqasının ilk turunda "Pari Sen-Jermen" (PSJ) futbol komandası səfərdə "Klermon"la qarşılaşıb.
Futbol
7 Avqust , 2022 01:53
PSJ yeni mövsümə “Klermon” üzərində inamlı qələbə ilə başlayıb

Fransa Birinci Liqasının ilk turunda "Pari Sen-Jermen" (PSJ) futbol komandası səfərdə "Klermon"la qarşılaşıb.

"Report" xəbər verir ki, görüş qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

PSJ elə görüşün əvvəlindəcə hesabda önə keçib - braziliyalı hücumçu Neymar 9-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 26-cı dəqiqəsində Əşrəf Hakiminin dəqiq zərbəsi ilə üstünlüyü gücləndirən qonaqlar 38-ci dəqiqədə Markinyosun səyi ilə ilk hissənin hesabını sarsıdıcı hesaba çatdırıblar - 3:0.

İkinci hissənin sonlarına yaxın Lionel Messi iki dəfə fərqlənib: argentinalı oyunun 80 və 86-cı dəqiqələrində rəqib qapısına yol taparaq, son hesabı yaradıb - 5:0.

PSJ növbəti oyununu avqustun 13-də evdə "Monpelye"yə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi