Fransanın "Pari Sen-Jermen" klubu “Barselona”nın 33 yaşlı kapitanı Lionel Messiyə argentinalının imtina edə bilməyəcəyi müqavilə təklif edib.
Bu barədə “Report” “TNT Sports”a istinadən xəbər verir.
Məlumata görə, Messiyə Fransa klubunun fantastik hesab etdiyi maliyyə şərtləri ilə bir mövsüm uzadılması ilə iki il müddətinə ilkin razılaşma təklif olunub.
Messi cari mövsümündə bütün yarışlarda "Barselona"nın heyətində 42 görüşdə iştirak edib. O, bu matçlarda 33 qol vurub, 14 məhsuldar ötürmə edib. Argentinalı hücumçunun “Barselona” ilə müqaviləsi iyunun 30-da başa çatır.
Daha əvvəl bildirilirdi ki, “Forbes” Messinin 2020-ci ildə ən yüksək maaşlı idmançılar arasında üçüncü olduğunu açıqlayıb. Argentinalı futbolçu ötən il maaş və bonuslar formasında 104 milyon avro qazanıb.
Messi eyni zamanda bir neçə gün əvvəl Pelenin daha bir rekordunu qırıb.