Premyer Liqa: "Sabah" "Kəpəz"ə qalib gələrək liderlə xal fərqini azaldıb

Premyer Liqa: "Sabah" "Kəpəz"ə qalib gələrək liderlə xal fərqini azaldıb Azərbaycan Premyer Liqasının XXXIII turunun açılış oyununda üz-üzə gələcək “Kəpəz” və “Sabah” komandaları start heyətlərini açıqlayıblar.
Futbol
5 May , 2023 19:50
Premyer Liqa: Sabah Kəpəzə qalib gələrək liderlə xal fərqini azaldıb

Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sabah" Qəbələdə "Kəpəz"in qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən matçda Bakı klubu qələbə qazanıb.

Paytaxt təmsilçisindən qolları 4-cü dəqiqədə Aleksey Kaşuk, 16-cı dəqiqədə Emmanuel Apeh və 83-cü dəqiqədə Davit Volkov vurublar.

Bu qələbə ilə xallarını 77-yə çatdıran "Sabah" lider "Qarabağ"la fərqi yenidən 4-ə endirib. 29 xalı olan "Kəpəz" isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun "Şamaxı" - "Zirə" matçı mayın 6-da, "Turan Tovuz" - "Neftçi" və "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" oyunu isə mayın 8-də keçiriləcək.

17:30

Azərbaycan Premyer Liqasının XXXIII turunun açılış oyununda üz-üzə gələcək “Kəpəz” və “Sabah” komandaları start heyətlərini açıqlayıblar.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse

Baş məşqçi: Tərlan Əhmədov

“Sabah”: 94. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov

Məşqçi: Artur Olenin

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi