Azərbaycan Premyer Liqasında tam təqvimin açıqlanacağı vaxt bilindi

Azərbaycan Premyer Liqasında tam təqvimin açıqlanacağı vaxt bilindi Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinin təqvimininaçıqlanacağı vaxt bəlli olub.
Futbol
372
28 Avqust , 2020 14:52
Azərbaycan Premyer Liqasında tam təqvimin açıqlanacağı vaxt bilindi
0 : 00
0 : 00

Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinin təqviminin açıqlanacağı vaxt bəlli olub. 

Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasovun "Report"a verdiyi məlumata görə, qurum tam təqvimi sentyabrın 1-də Çempionlar Liqasının pley-off, Avropa Liqasının isə III təsnifat mərhələsinin püşkündən sonra açıqlayacaq.

PFL rəsmisi bildirib ki, püşkatma günü klublara ilk dövrənin sxemi göndərilib ki, necə plan qurmalı olduqlarını bilsinlər: "Bu gün - II turdan 15 gün əvvəl proqramı açıqladıq. Klublarla təqvim barədə daim söhbətimiz olur və hər hansı kommunikasiya problemi yoxdur. Ötən mövsüm də bu metoddan istifadə etmişik. Oynanılan turlarda mümkün qədər az dəyişikliyə getdik. Tam təqvimi bir az gec açıqlamaq daha məqsədəuyğundur, nəinki hər turda ciddi dəyişikliyə getmək. Sentyabrın əvvəli daha dolğun təqvim açıqlaya bilərik. Avqustun 31-də Çempionlar Liqasının III və Avropa Liqasının II təsnifat mərhələlərinin püşkü atılacaq. Bundan sonra isə Çempionlar Liqasının pley-off, Avropa Liqasının isə III təsnifat mərhələsinin püşkatması olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında ilk turun oyunları 21 - 23 avqustda keçirilib. II tur qarşılaşmaları isə 11 - 13 sentyabra planlaşdırılır.  

Orphus sistemi