Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında hakimlər rəsmi şəxsləri 51 vərəqə ilə cəzalandırıblar.
“Report”un araşdırmasına görə, referilər bunun 39-da sarı, 12-də isə qırmızı vərəqəyə əl atıblar.
Texniki zonası ən intizamsız komanda “Sabah”dır. Vərəqələrin 15-i Bakı klubunun məşqçi heyəti və texniki işçilərinin passivindədir. Baş məşqçi Murad Musayev bu baxımdan çempionatın rekordçusudur. Rusiyalı mütəxəssis hakimləri ciblərindən 7 sarı, 2 qırmızı vərəqə çıxarmağa vadar edib.
Vərəqələrin sayına görə ikinci sırada “Sumqayıt”ın çalışdırıcısı Samir Abasov qərarlaşıb. 45 yaşlı məşqçi 4 sarı, 2 qırmızı vərəqə alıb.
Digər baş məşqçilərdən Elmar Baxşıyev və Qurban Qurbanov hərəyə bir dəfə tribunaya göndəriliblər. Rəşad Sadıqovla Azər Bağırovun bir matçda etirazı sarı vərəqə ilə qarşılıq görüb.
Rəsmi şəxsləri ən intizamlı olan komanda “Turan Tovuz”dur. Qərb klubundan heç kim hakimləri əziyyətə salmayıb. Digər diqqət çəkən məqam “Neftçi”də sabiq baş məşqçi Adrian Mutudan başqa, demək olar ki, bütün məşqçilərin vərəqə almasıdır.
Ən çox vərəqəni “Sumqayıt”ın rəqibləri alıblar. “Gənclik şəhəri” təmsilçisi ilə qarşılaşmalarda rəqibin rəsmi şəxslərinə 9 sarı, 2 qırmızı vərəqə göstərilib. “Qarabağ”la qarşılaşmalarda isə rəqib komandaların texniki zonasından 3 dəfə qovulma hadisəsi baş verib. Qırmızı vərəqə baxımından “Qarabağ”a qarşı matçlar daha “məhsuldar” alınıb. Yalnız “Səbail”lə görüşlərdə heç bir komandanın rəsmi şəxsinə vərəqə çıxarılmayıb.
“Sabah” – 12 sarı, 3 qırmızı
II tur: Murad Musayev (“Sumqayıt”la oyun) - 2 sarı, 1 qırmızı
III tur: Artur Olenin (“Neftçi”) – sarı
III tur: Murad Musayev (“Neftçi”) – qırmızı
IV tur: Artur Olenin (“Zirə”) – sarı
V tur: Murad Musayev (“Turan Tovuz”) – sarı
V tur: İlqar İsrafilov (“Turan Tovuz”) – sarı
VII tur: Murad Musayev (“Kəpəz”) – sarı
X tur: Murad Musayev (“Sumqayıt”) – sarı
X tur: İlqar İsrafilov (“Sumqayıt”) – 2 sarı, 1 qırmızı
XV tur: Murad Musayev (“Kəpəz”) – sarı
XVII tur: Murad Musayev (“Araz-Naxçıvan”) - sarı
“Qəbələ” – 8 sarı, 3 qırmızı
III tur: Rasim Ramaldanov (“Sumqayıt”) – sarı
IV tur: Rasim Ramaldanov (“Neftçi”) – sarı
V tur: Elmar Baxşıyev (“Zirə”) – 2 sarı, 1 qırmızı
VI tur: Xaqani Məmmədov (“Turan Tovuz”) - 2 sarı, 1 qırmızı
VII tur: Rasim Ramaldanov (“Qarabağ”) – qırmızı
VIII tur: Fikrət Nəbiyev (“Kəpəz”) – sarı
XVI tur: Xaqani Məmmədov (“Kəpəz”) - sarı
“Sumqayıt” – 5 sarı, 3 qırmızı
V tur: Samir Abasov (“Neftçi”) – sarı
VI tur: Samir Abasov (“Zirə”) – 1 sarı, 1 qırmızı
VII tur: Mübariz Orucov (“Turan Tovuz”) – qırmızı
IX tur: Seymur Rəhimov (“Kəpəz”) – sarı
X tur: Samir Abasov (“Sabah”) – sarı
XIII tur: Samir Abasov (“Neftçi”) – 1 sarı, 1 qırmızı
“Neftçi” – 5 sarı, 2 qırmızı
I tur: Aurelian-Boqdan Partaşku (“Kəpəz”) – sarı
VIII tur: Alin-Nikolae Çita (“Turan Tovuz”) – sarı
IX tur: Alin-Nikolae Çita (“Qarabağ”) – sarı
IX tur: Sənan Qurbanov (“Qarabağ”) – qırmızı
IX tur: Miodraq Todorov (“Qarabağ”) – qırmızı
XII tur: Babək Xuduyev (“Qəbələ”) – sarı
XIII tur: Alin-Nikolae Çita (“Sumqayıt”) – sarı
“Qarabağ” – 2 sarı, 1 qırmızı
VII tur: Qurban Qurbanov (“Qəbələ”) – 2 sarı, 1 qırmızı
“Səbail” – 2 sarı
II tur. Elmir Xankişiyev (“Neftçi”) – sarı
III tur: Alin Çita (“Sabah”) – sarı
“Kəpəz” – 2 sarı
V tur: Etibar İbrahimov (“Araz-Naxçıvan”) – sarı
VII tur: İlkin Verdiyev (“Sabah”) - sarı
“Zirə” – 2 sarı
VI tur: Rəşad Sadıqov (“Sumqayıt”) – sarı
VI tur: Eltun Yaqublu (“Sumqayıt”) - sarı
“Araz-Naxçıvan” – 1 sarı
XVI tur: Azər Bağırov (“Zirə”) – sarı