Premyer Liqa: XXVII turun son matçında “Sumqayıt” “Turan Tovuz”u məğlub edib
Futbol
- 16 mart, 2025
- 20:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasının XXVII turunun son matçında “Sumqayıt” “Turan Tovuz”u məğlub edib.
“Report”un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan görüş Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz klubunun heyətində 8-ci dəqiqədə Ayxan Hüseynov fərqlənib. “Sumqayıt”ın qollarını Ayxan Süleymanlı (18) və Bobur Abdixolikov (64) vurub.
Bu nəticədən sonra “Sumqayıt” 28 xalla 7-ci yerdə qərarlaşıb. 43 xala malik “Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1), "Kəpəz" "Qarabağ" (0:0), “Sabah” “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb. "Neftçi" isə "Səbail" üzərində qələbə qazanıb - 2:1.
Son xəbərlər
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr