Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Keşlə" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakı klubunun heyətində qolları 37-ci dəqiqədə Pərviz Azadov, 47-ci dəqiqədə Rəhman Hacıyev və 80-ci dəqiqədə penaltidən Felipe Santos vurub. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Cəmaləddin Xocaniyazov fərqlənib.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Tura dekabrın 16-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.