“Səbail” Azərbaycan Premyer Liqasının XVII turunda “Qəbələ”ni böyük hesabla məğlub edib.
“Report”un məlumatına görə, “ASCO Arena”da keçirilən oyunda Bakı klubu rəqibin qapısından 3 cavabsız top keçirib – 3:0.
“Dənizçilər”in heyətində 18-ci dəqiqədə Yadin Luqasi, 60-cı dəqiqədə penaltidən Aleksandr Ramalinqom fərqləniblər. 52-ci dəqiqədə isə “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov avtoqol müəllifi olub. “Qırmızı-qaralar”ın oyunçusu Samuel Tette 35-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran “Səbail” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Qəbələ” isə 11 xalla sonuncu yerdə qalıb.
Qeyd edək ki, turun ilk oyununda ötən gün “Kəpəz”lə “Sumqayıt” bərabərə qalıblar - 1:1. Bu gün “Araz-Naxçıvan” – “Sabah”, dekabrın 16-da “Turan Tovuz” – “Zirə”, 18-də isə “Qarabağ” – “Neftçi” matçları baş tutacaq.