Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
  • 17 sentyabr, 2022
  • 16:58
Premyer Liqa: Qəbələ Sumqayıtı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın yeganə qolunu 8-ci dəqiqədə Ramon Maçado vurub. Meydan sahiblərində Rövlan Muradov 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Qəbələ" 4-cü pilləyə yüksəlib. 3 xalı olan "gənclik şəhəri" təmsilçisi 8-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib