Bakı. 4 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.
"Report"un məlumatına görə, ikinci oyun gününün ilk matçında "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz "Qəbələ"nin ikinci qolunu vurub. "Sabah" təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandasının bundan artığına gücü çatmayıb.
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Qəbələ" 5-ci pilləyə yüksəlib. "Sabah" isə 16 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" evdə "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. Tura saat 19:00-da başlanacaq "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, X tur
4 noyabr (bazar)
17:00. "Qəbələ” – "Sabah” - 2:1
Qollar: Ceyms Adeniyi, 5. Stiven Monroz, 15 - Bəxtiyar Soltanov, 52
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu
I dövrə - 0:1