"Arsenal"ın futbolçusu İngiltərə U-21 millisinin tarixində meydana çıxan ən gənc futbolçu olub

Futbol
  • 14 noyabr, 2026
  • 12:22
Arsenalın futbolçusu İngiltərə U-21 millisinin tarixində meydana çıxan ən gənc futbolçu olub

"Arsenal"ın yarımmüdafiəçisi Maks Daumen İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin tarixində ən gənc oyunçu olub.

"Report" xəbər verir ki, 16 yaşlı futbolçu Portuqaliya U-21 komandası ilə yoldaşlıq görüşündə debüt edib.

O, meydana 16 yaş 10 ay 13 günlük olarkən çıxıb. Qarşılaşma İngiltərə millisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, Maks Daumen İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin rekordunu yeniləyib. Bellinqem İngiltərə U-21 millisində debütünü 17 yaş 2 ay 6 günlük olarkən etmişdi.

44 filmi