Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib.
İlk yarıda hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar qolları sıralamağa başlayıb. 60-cı dəqiqədə Tural Axundov hesabı açıb. 72-ci dəqiqədə Rauf Əliyev, 89-cu dəqiqədə isə Stiven Monroz keçmiş komandasını məyus edib.
Bu qələbədən sonra xallarını 8-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xala malik "Qəbələ" isə 7-cidir.
Azərbaycan Premyer Liqası VI tur
“Qəbələ” – “Neftçi” - 0:3
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq.