Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
Futbol
29 Sentyabr , 2023 21:53
Premyer Liqa: Qarabağ Sumqayıtı darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

Qolları 22 və 27-ci dəqiqədə Olavio Juninyo, 42-ci dəqiqədə penaltidən Toral Bayramov, 44-cü dəqiqədə Leandro Andrade, 49-cu dəqiqədə Abdullah Zubir vurub.

Xallarının sayını 16-ya çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi hələlik 8 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi