Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir Polşanın III liqasında çıxış edən "Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svierad "Qarabağ" klubunda təcrübə keçirlər.
Futbol
29 Noyabr , 2022 12:32
Polşalı baş məşqçi və köməkçisi Qarabağda təcrübə keçir

Polşanın III liqasında çıxış edən "Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svierad "Qarabağ" klubunda təcrübə keçir.

"Report"un məlumatına görə, hər iki mütəxəssis bu məqsədlə bir həftəlik Bakıya gəlib.

Marzec 2019/2020 mövsümündə "Stal"da işlədiyi dönəmdə belə təşəbbüsünün olduğunu söyləyib: "Biz bu klubla əlaqəsi olan Avropa Parlamentinin deputatı Tomaş Poreba ilə belə bir təcrübə keçmək şansının mümkün olması barədə danışdıq. Daim əlaqə saxladığımız üçün bu yaxınlarda yenidən mövzuya qayıtdıq. Bizim praktik olaraq hər şeyə çıxışımız var. Buradakı heyət çox yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərir. Onlarda iş üçün lazım olan hər şey mövcuddur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçir, müasir futbolun nə olduğunu bilirlər".

53 yaşlı baş məşqçi Ağdam təmsilçisinin məşq etdiyi bazanın heç də böyük olmadığını sözlərinə əlavə edib: "Stadion, məşq meydançası, hər şəraiti olan hotel onların ehtiyaclarını tam ödəyir. Bu səfər bizim üçün fərqli təcrübədir. Çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunu görmək həmişə xoşdur".

Marzek və Svierad Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ" - "Zirə" (0:0) matçını da izləyiblər.

Son xəbərlər

Orphus sistemi