Polşada "Çelsi" və "Betis" klublarının azarkeşləri arasında dava düşüb
Futbol
- 28 may, 2025
- 14:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Polşanın Vrotslav şəhərində baş tutacaq UEFA Konfrans Liqasının həlledici matçında üz-üzə gələcək İngiltərənin "Çelsi" və İspaniyanın "Betis" klublarının azarkeşləri arasında dava düşüb.
“Report” xəbər verir ki, bu barədə Vrotslav polisinin mətbuat xidməti məlumat yayıb.
Şəhərin mərkəzi meydanına toplaşan çox sayda azarekşlərdən bəziləri restoran stullarını, stollarını və şüşə qablarını atmağa, həmçinin məşəl yandırmağa başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisəyə səbəb olmaqda günahlandırılan bir neçə azarkeş həbs edilib.
Qeyd edək ki, Konfrans Liqasının final matçı Vrotslav şəhər stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Son xəbərlər
23:26
Van Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Region
23:20
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 mlrd dollar itirib
Digər ölkələr
23:13
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Xarici siyasət
23:11
Foto
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər - Yenilənib - 2
Xarici siyasət
23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Hadisə
23:02
Foto
İğdırda beynəlxalq Qafqaz Konqresi işə başlayıb
Region
22:57
Kriştianu Ronaldu karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb
Futbol
22:53
Kolumbiyada 25 nəfər supermarketdə girov götürülüb
Digər ölkələr
22:44
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Hərbi