Polşa millisinin və "Borussiya"nın futbolçusu karyerasını bitirdi
Futbol
- 28 aprel, 2021
- 17:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Lukaş Pişşek karyerasını başa vurub.
"Report" Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, polşalı müdafiəçi 36 yaşında futbolla vidalaşıb.
Təcrübəli oyunçu əslində karyerasını ötən mövsüm bitirmək istəsə də, sonradan klubun 1 illik yeni müqavilə təklifini qəbul etmişdi.
Pişşek yayda atasının vitse-prezident olduğu Polşanın "Qoçalkovitse" klubuna qayıdacaq və fəaliyyətini 2019-cu ildə açdığı futbol akademiyasında davam etdirəcək.
Qeyd edək ki, Polşa millisinin heyətində 66 oyun keçirmiş Lukaş Pişşek 3 qol vurub. O, 2 dəfə Almaniya çempionluğunu, eyni sayda ölkə kubokunu və superkubokunu qazanıb.
Son xəbərlər
13:00
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Maliyyə
12:47
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
Xarici siyasət
12:41
Foto
Xaçmazda bir hektardan artıq ərazini əhatə edən park yenidən qurulur
Daxili siyasət
12:34
Azərbaycanın gübrə ixracından qazancı 4 %-ə yaxın azalıb
ASK
12:29
"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
Futbol
12:24
Sabah Bakıda yağış yağacaq
Ekologiya
12:16
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb
Turizm
12:11
Hindistanda göyərtəsində 6 sərnişinin olduğu helikopter məcburi eniş edib
Digər ölkələr
12:10
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
Region