Peşəkar Futbol Liqası "Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasına münasibət bildirib

Peşəkar Futbol Liqası "Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasına münasibət bildirib Zamiq Hüseynov: "Yaxın vaxtlarda Naxçıvan rəhbərliyi ilə əlaqə saxlanılacaq"
Futbol
488
3 Noyabr , 2014 13:55
Peşəkar Futbol Liqası Araz Naxçıvanın fəaliyyətini dayandırmasına münasibət bildirib

Baki. 3 noyabr. REPORT.AZ/ "Araz Naxçıvan" klubu fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Lİqasına (PFL) məktub ünvanlayıb. Bu barədə "Report"a PFL-in texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

O bildirib ki, səhər saatlarında daxil olan məktubda konkret səbəb göstərilməyib. Z.Hüseynov yaxın müddətdə Naxçıvan rəhbərliyi ilə əlaqə saxlanılacağını və bu addımın nədən qaynaqlandığına aydınlıq gətiriləcəyini söyləyib. PFL rəsmisi "Araz Naxçıvan"ın Premyer Liqadan çəkilməməsi üçün əllərindən gələni edəcəklərini də vurğulayıb.

Qeyd edək ki, bu gün "Araz Naxçıvan"ın rəsmi saytı klubun fəaliyyətini dayandırmasına dair bildiriş yayıb.

Son xəbərlər

Orphus sistemi