Paulo Dibalanın yeni klubu bəlli olub

Futbol
  • 20 iyul, 2022
  • 11:37
Paulo Dibalanın yeni klubu bəlli olub

Ötən mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılan Paulo Dibala "Roma"ya keçib.

"Report" paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu "canavarlar"la 3 illik müqavilə imzalayıb.

29 yaşlı forvard yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"un şərəfini qoruyurdu.