Pandemiya ərzində ilk dəfə İspaniyada azarkeşlər stadionlara buraxılacaq

Pandemiya ərzində ilk dəfə İspaniyada azarkeşlər stadionlara buraxılacaq La Liqa rəhbərliyi yaxın vaxtlarda pandemiya şəraitində matçların keçirilməsinin yenilənmiş tibbi reqlamenti layihəsini təqdim etməyi planlaşdırır.
Futbol
23 İyun , 2020 07:54
Pandemiya ərzində ilk dəfə İspaniyada azarkeşlər stadionlara buraxılacaq

La Liqa rəhbərliyi yaxın vaxtlarda pandemiya şəraitində matçların keçirilməsinin yenilənmiş tibbi reqlamenti layihəsini təqdim etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Yahoo Sports" bildirib.

Layihənin məqsədi azarkeşlərin stadionlara qismən qayıdışıdır. Güman edilir ki, azarkeşlər stadionlara kiçik qruplar şəklində buraxılacaq, həmçinin hər bir insanın hərarəti icbari şəkildə ölçüləcək. Bunlarla yanaşı, azarkeşləri matç zamanı tibbi maska taxmağa məcbur edəcəklər.

Mövsümün sonunda La Liqa prezidenti Havyer Tebas bildirib ki, tamaşaçıların 10-15%-nin matçlarda olması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi