Orxan Məmmədov: "Zirə"nin əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır"

Orxan Məmmədov: "Zirə"nin əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır" Klubunun fəxri prezidentiyəm. Daim futboldayam və öz komandamla maraqlanıram.
Futbol
19 Fevral , 2020 12:53
Orxan Məmmədov: Zirənin əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov / Report/ Elchin Murad

"Klubunun fəxri prezidentiyəm. Daim futboldayam və öz komandamla maraqlanıram".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov deyib.

O, komandanın hazırkı durumunun qənaətbəxş olduğunu vurğulayıb: "Bildiyiniz kimi "Zirə"də baş məşqçi dəyişikliyi eləmişik. Əlbəttə ki, bəzi problemlər var. Premyer Liqanın XVII turunda "Qarabağ"a 0:6 hesabı ilə uduzduğumuz matçla bağlı deyə bilərəm ki, nəticə bizi qane eləmir. Görsənir ki, nizam-intizamla bağlı bir az problem var. Son oyunlarda alınan vərəqələr bunu deməyə əsas verir. Bu məsələlərlə bağlı məşqçiyə də göstəriş vermişəm. Məsələ tənzimlənəcək. "Zirə"nin bu mövsüm əsas məqsədi avrokuboklara düşməkdir".

Məmmədov qırmızı vərəqə alan futbolçulara AFFA tərəfindən cəzalar verildiyini diqqətə çatdırıb: "AFFA onlara sərt cəza verdi. Hesab edirəm ki, nəticə çıxarmalıdırlar. Klub daxilində də cəzalar olub".

Fəxri prezident qəsəbə təmsilçisindəki prezident postuna təyinatla bağlı da danışıb. O, klubun strukturunu dəyişmək barədə düşündüklərini söyləyib: "Bunun üçün tam qərar verməmişik və fikirləşirik. Struktur Müşahidə Şurası və ya digər formada ola bilər. Klubda icraçı direktor var. Bütün icraçı işlərlə o məşğuldur. Mən də fəxri prezident olaraq öz göstərişlərimi, tapşırıqlarımı verirəm. Hazırda prezident postu boşdur. Amma heç bir problem yox, işlər öz axarında davam edir".

Məmmədov "Zirə"nin sabiq prezidenti Natiq İsmayılovun istefası ilə bağlı da fikirlərini bölüşüb: "O, bir neçə vaxt bizimlə çalışıb, işləyib. Bu, onun şəxsi işləri ilə bağlıdır. Ona görə də onunla danışdıq və ayrılamağa qərar verdik".

Fəxri prezident komandanın daha öncə Avropa Liqasında iştirak etdiyini xatırladıb: "Zirə" ilk ilində çempionatda medal əldə etdi. Bu il əsas məqsədimiz avrokuboklara düşməkdir. "Qarabağ" və "Neftçi" istisna, digərləri bizim əsas rəqiblərimizdir. Onların hamısının şansı var ki, Avropa Liqasına vəsiqə qazana bilsin".

Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri kiçik və orta sahibkarların futbola marağının az olduğunu bildirib: "Bu gün həddindən artıq azdır. Onun əsas səbəbi insanların stadionlara gəlməməsidir. Matçları izləmirlər. Gələnlər isə çox azdır. Əsas sahibkarlıq subyektlərinin marağı insanlardır. Bu gün keçirilən "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbirin mahiyyəti ondan ibarətdir ki, Avropa çempionatı vaxtı insanların axını Bakıya çox olacaq. Amma AFFA ilə bu məsələyə görə çalışırıq ki, stadionlara Premyer Liqanın və millinin oyunlarında axın çox olsun və biz sahibkaraları cəlb edə bilək. İnsanlar olmasa sahibkarların orada olması əhəmiyyət kəsb eləmir. İnsanlar stadionda yoxdursa, sahibkar kimə satsın? Ona görə də bu məsələ gündəmdədir". 

Son xəbərlər

Orphus sistemi