"Omoniya"nın daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Omoniya"nın daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq Kipr "Omoniya"sının daha bir futbolçusu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq
Futbol
25 Sentyabr , 2021 13:21
Omoniyanın daha bir futbolçusu Qarabağla oyunu buraxacaq
Yannis Kusulos

Kipr "Omoniya"sının daha bir futbolçusu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə ev matçında meydana çıxmayacağı dəqiqləşib.

25 yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.

Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun "Qarabağ"la görüşdə iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi