Okan Buruk: "Superkubok matçı Azərbaycanda olsa, sevə-sevə oynayarıq"
Futbol
- 24 iyul, 2023
- 17:38
"Superkubok matçı Azərbaycanda olsa, sevə-sevə oynayarıq".
"Report"un məlumatına görə, bunu "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça" ilə Türkiyə Super Kuboku uğrunda oyunun Azərbaycanda keçiriləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Bu ilin martında Bakıda "Qarabağ"la xeyriyyə matçında (2:1) qarşılaşdıqlarını xatırladan 50 yaşlı mütəxəssis burada da çox sayda azarkeşlərinin olduğunu söyləyib: "Təbii ki, onlarla birlikdə də Superkubok sevinci yaşamaq istəyərik. Amma bu, inzibati məsələdir. Hər hansı müraciət olarsa, klubumuz lazım olanı edəcək. Hələlik görüşün harada oynanılacağı bəlli deyil".
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası qarşılaşmanın 2023/2024 mövsümünün qış fasiləsində oynanılacağını açıqlayıb.
Son xəbərlər
12:59
Rafiq Hüseynov: "Yalnız medal qazanan deyil, sabit nəticə verən güləşçilər yetişdirmək istəyirik"
Fərdi12:59
Foto
Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyevlə vida mərasimi keçirilib
Daxili siyasət12:58
Foto
Göyçayda I Qarabağ müharibəsinin itkin-şəhidi Vüqar Babayev dəfn edilib - YENİLƏNİB
Daxili siyasət12:58
ADY: Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır
İnfrastruktur12:57
Foto
Müdafiə Nazirliyinin mütəxəssisləri NATO təliminin mərhələləri barədə məlumatlandırılıb
Hərbi12:55
Kino Agentliyinin baş direktoru: İl ərzində 7-8 tammetrajlı filmin istehsalını hədəf kimi təyin etmişik – MÜSAHİBƏ
Mədəniyyət siyasəti12:54
Foto
Azərbaycan və İordaniya turizm sahəsində əməkdaşlığı müzakirə edib
Turizm12:48
Siyarto Qəzza üzrə Sülh Şurasını Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün şans adlandırıb
Digər ölkələr12:42