İngiltərənin "Nyukasl" klubu isveçli futbolçu Aleksander İsakı transfer etmək istəyən klublardan 150 milyon funt-sterlinq tələb edəcək.
"Report" "Mirror"a istinadən xəbər verir ki, klub İsveç millisinin üzvünü satmaqda maraqlı olmadığı üçün bu qərara gəlib.
25 yaşlı hücumçu 2022-ci ildə "Real Sosyedad"dan transfer olunub. Hazırda onunla İngiltərədən "Arsenal" və "Liverpul", həmçinin Fransadan PSJ klublarının maraqlandığı bildirilir.
Qeyd edək ki, hücumçunun klubla müqaviləsinin müddətinin bitməsinə üç ildən çox vaxt qalıb.