Fransanın PSJ futbol komandasının hücumçusu Neymar klubun argentinalı hücumçu Lionel Messi ilə transferlə bağlı danışıqlarında iştirak edir.
“Report” xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
Qeyd edilir ki, braziliyalı futbolçu "Barselona"dakı keçmiş komanda yoldaşına PSJ-dəki 10-cu nömrəni təklif edib. Hazırda Paris klubunda bu nömrə altında Neymar çıxış edir.
Messi Neymarın bu təklifinə rədd cavabı verib. Qeyd edək ki, Neymar 2013-cü ildən 2017-ci ilə qədər "Barselona"da çıxış edib.
Daha əvvəl yayılan məlumata görə, İspaniyanın “Barselona” komandası ilə yollarını ayıran Argentina millisinin futbolçusu Lionel Messi Fransanın “Pari Sen-Jermen” klubu ilə saziş imzalayacaq. Argentinalı hücumçu yeni klubla 3 illik saziş imzalayacaq və illik 40 milyon avro qazanacaq.
Messinin təmsilciləri və PSJ klubunun rəsmiləri bazar günü bir araya gələrək, transferi rəsmiləşdirəcəklər.