Neymar Braziliya millisindən kənarlaşdırıldı
Futbol
- 13 noyabr, 2020
- 06:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa PSJ-sinin futbolçusu Neymar Braziliya millisinin oyunlarında iştirak edə bilməyəcək.
"Report" "Globe Esporte" nəşrinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunun Türkiyə "Başakşehir"i ilə matçında (2:0) bud əzələsi zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.
Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb.
Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.
Son xəbərlər
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr
06:28
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Region
05:35
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
Digər ölkələr