"Neftçi"nin futbolçusu: "İnanıram ki, daha yaxşı oynayacağıq"

"Neftçi"nin futbolçusu: "İnanıram ki, daha yaxşı oynayacağıq" "Neftçi”nin futbolçusu Namik Ələskərov "Səbail” üzərində qələbəni dəyərləndirib.
Futbol
22 Avqust , 2020 14:57
Neftçinin futbolçusu: İnanıram ki, daha yaxşı oynayacağıq
Namik Ələskərov

"Çoxdandır bir oyunda iki qol vurmurdum. Bu, qarşıdakı görüşlərdə də qol vurmaq üçün daha yaxşı motivasiya olacaq. Amma əsas olan komandanın qələbəsidir, qolları kimin vurması önəmli deyil". 

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Namik Ələskərov Premyer Liqanın I turunda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 

25 yaşlı yarımmüdafiəçi bildirib ki, azarkeşlərin olmaması onlara çətinlik yaradır. Ələskərovun sözlərinə görə, fanatlar hər zaman onların yanlarındadır: "Biz onların dəstəyini hiss edirik. Bu, bizə əlavə güc verir. Təbii ki, uzun fasilədən sonra yenidən meydana çıxmaq çətindir. Hələ tam hazır deyilik. İnanıram ki, oyundan-oyuna daha yaxşı oynayacağıq. Çempionatın ilk matçları həmişə çətin keçir, amma əsas olan ilk oyunda qələbə qazanmaq idi. Artıq bu görüşü yaddan çıxarıb "Şkupi” ilə matça köklənmək lazımdır. Bu oyunda qələbə bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi