"Neftçi"yə uduzduqdan sonra fanatla dalaşan "Dinamo" rəsmisi kim idi?

"Neftçi"yə uduzduqdan sonra fanatla dalaşan "Dinamo" rəsmisi kim idi? Gürcüstan "Dinamo"sunun Tbilisidə "Neftçi"yə 1:2 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlə dalaşan klub rəsmisinin adı müəyyənləşib.
Futbol
850
8 İyul , 2021 15:50
Neftçiyə uduzduqdan sonra fanatla dalaşan Dinamo rəsmisi kim idi?
Zaza Dolidze

Gürcüstan "Dinamo"sunun Tbilisidə "Neftçi"yə 1:2 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlə dalaşan klub rəsmisinin adı müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs "göy-ağlar"ın baş direktoru Zaza Dolidzedir. Dolidze qarşılaşmanın ardından əsəblərini cilovlaya bilməyən fanatlardan birinə sərt cavab verib. Nəticədə onlar arasında gürcü dilində təhqiramiz ifadələrlə müşayiət olunan söz savaşı başlayıb. Bir müddət davam edən mübahisənin əlbəyaxa davaya çevrilməsinin qarşısını digər azarkeşlər və klub nümayəndələri alıblar.

Gürcü jurnalistlər mübahisənin səbəbini açıqlamaqdan imtina etsələr də, "Report"un oyunu canlı izləyən əməkdaşı məsələnin məğzini aydınlaşdıra bilib. Məlum olub ki, fanatları Tbilisi "Dinamo"sunun ardıcıl ikinci məğlubiyyəti və qeyri-sabit çıxışı özündən çıxarıb. Paytaxt təmsilçisi ölkə çempionatının XXI tur matçında da Batumi "Dinamo"suna eyni hesabla uduzaraq, liderliyi əldən verib. "Neftçi"yə məğlubiyyət isə komandanı Çempionlar Liqasında mübarizəni erkən dayandırma təhlükəsi ilə üz-üzə qoyub.

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi