"Neftçi" və "Sumqayıt"ın rəqibləri qələbə qazandı

"Neftçi" və "Sumqayıt"ın rəqibləri qələbə qazandı Şimali Makedoniya Futbol Liqasında II turun növbəti görüşləri keçirilib.
Futbol
16 Avqust , 2020 23:46
Neftçi və Sumqayıtın rəqibləri qələbə qazandı

Şimali Makedoniya Futbol Liqasında II turun növbəti görüşləri keçirilib. 

"Report"un məlumatına görə, son oyun günündə "Neftçi" və "Sumqayıt"ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibləri evdə meydana çıxıb. 

"Şkupi" "Makedoniya GP" ilə qarşılaşmada 3:1 hesablı qələbə qazanıb. Qalib komandadan Fatyon Yusufi 4-cü, Dembo Darbo 76-cı, Lamin Diak 90+3-cü dəqiqədə fərqlənib. Son 2 qol 72-ci dəqiqədə İlirid Ademinin meydan sahiblərini azlıqda qoymasına rəğmən, vurulub. 

"Şkendiya" isə "Struqa"nı məğlubiyyətə uğradıb - 2:0. Qolları Ennur Totre 38-ci, Lüpçe Doriyev 90+2-ci dəqiqədə vurub. 

Daha əvvəl "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks" evdə "Pelister"lə heç-heçə edib - 2:2. 

Bu nəticələrdən sonra "Sileks", "Şkupi" və "Şkendiya" "Pelister" və "Borets"lə birgə hərəyə 4 xalla ilk 5 pilləni bölüşür. 

Qeyd edək ki, "Qarabağ" "Sileks"i avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda sınağa çəkəcək. "Neftçi" - "Şkupi" matçı avqustun 27-də "Bakcell Arena"da, "Sumqayıt" - "Şkendiya" qarşılaşması isə "Kapital Bank Arena"da olacaq.   
 

Son xəbərlər

Orphus sistemi