"Neftçi" Antalyadakı yoxlama matçında Çexiya klubuna uduzub
Futbol
- 23 yanvar, 2019
- 14:28
Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün növbəti yoxlama matçına çıxıb.
"Report"un məlumatına görə, rəqib Çexiya "Slovan"ı olub. Side qəsəbəsindəki "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilmiş görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş, 46-cı dəqiqədə isə Yan Mikula "Neftçi" müdafiəçilərinin səhvlərindən yararlanıblar.
Qeyd edək ki, bu, "Neftçi"nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan"ına böyük hesabla qalib gəlib - 3:0. Hazırda "Slovan" Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər
11:03
Ardıcıl 4-cü quru hesablı qələbəsini qazanan "Sabah" "Qarabağ"ın göstəricisini təkrarlayıb
Futbol11:01
"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
İKT11:01
DSMF: 8 ayda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 6 %-dən çox üstələyib
Maliyyə10:52
Ali Məhkəmə: Yetkinlik yaşına çatmayanı cinayətə sövq edənin məsuliyyətə cəlbi üçün konkret səbəblər olmalıdır
Daxili siyasət10:50
Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
Energetika10:45
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub
Futbol10:43
"Fitch": SOCAR Türkiyədəki fəaliyyətinə dair yekun investisiya qərarı qəbul edəcək
Energetika10:39
"Neftçi" Premyer Liqanın ilk 5 turunda ən məhsuldar komanda olub
Futbol10:32