"Neftçi" rəsmisi: "Rusiyadakı turnirdə iştirakla bağlı rəsmi təklif gəlməyib"

Futbol
  • 20 may, 2023
  • 08:12
Neftçi rəsmisi: Rusiyadakı turnirdə iştirakla bağlı rəsmi təklif gəlməyib

"Bu turnirdə iştirakla bağlı bizə rəsmi təklif gəlməyib".

Bunu "Report"a açıqlamasında "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yoldaşlıq tunirində mümkün iştirakları barədə danışarkən deyib.

O bildirib ki, hələlik yalnız rəhbərlik səviyyəsində şifahi müzakirələr olub: "Amma turnirə qatılıb-qatılmayacağımızla bağlı konkret qərar yoxdur. Belə bir şey olarsa, rəsmi açıqlama veriləcək. Nə dəvət gəlib, nə də orada iştirakımız təsdiqlənib. Komanda hazırda tamamilə ölkə kubokunun finalına köklənib".

Qeyd edək ki, Rusiya mətbuatında "Neftçi"nin "Zenit", Türkiyənin "Fənərbağça" və Serbiyanın "Srvena Zvezda" komandaları ilə birlikdə mini-turnirdə iştirak edə biləcəyi barədə xəbər yayılıb.

"Ağ-qaralar" Azərbaycan Kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq. Görüş iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti