"Neftçi qış fasiləsində Polşa klubu ilə qarşılaşacaq

Futbol
  • 30 noyabr, 2019
  • 11:13
Neftçi qış fasiləsində Polşa klubu ilə qarşılaşacaq

"Neftçi” klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gələn il yanvarın 7-də Bakıda bir araya gələcək komandanın üzvləri ayın 8-dən 10-dək fiziki testlər verəcəklər.

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək "ağ-qaralar” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaqlar. 

"Neftçi” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 15-də, 20-də və 24-də baş tutacaq. İlk rəqib Polşanın "LKS Lodz” klubu olacaq. Digər rəqiblər daha sonra bəlli olacaq.