"Neftçi"nin yarımmüdafiəçisi əməliyyat olunub
Futbol
- 18 avqust, 2023
- 11:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin futbolçusu Eddi İsrafilov əməliyyat olunub.
"Report" "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb
Oyunçu 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Eddi İsrafilov bununla bağlı açıqlama verib: “Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub. Buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.
Son xəbərlər
17:28
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
İKT
17:27
Bolqarıstan MSK Yotovanı ölkə prezidenti elan edib
Digər ölkələr
17:23
Azərbaycanın G20-yə dəvəti dövlətin qlobal nüfuzun göstəricisidir – Rəy
Xarici siyasət
17:20
Azərbaycanda daha 67 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes
17:19
Norveç Ukraynanın müdafiə sənayesinə investisiyalar üçün 107 milyon dollar ayıracaq
Digər ölkələr
17:16
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
İnfrastruktur
17:11
Foto
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Daxili siyasət
17:09
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 3 % artıb
Biznes
17:04
İspaniyanın Mursiya bölgəsinin parlamenti Sançesi "persona non-qrata" elan edib
Digər ölkələr